“Yaradanlar və yaşadanlar” Teymur Mustafayevə həsr olundu
Tarix: 1-03-2019, 11:58



Ötən gün Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunub.
Open.az xəbər verir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. 

Konsertdə xalq artistləri Teymur Mustafayev, Gülyaz Məmmədova, Teyyub Aslanov, Gülyanaq Məmmədova, əməkdar artist Zakir Əliyev, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Mirələm Mirələmov və Rövşən Əziz çıxış edib.

Konsertin son nömrəsi olan “Sürməli qı ” xalq mahnısı Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Teymur Mustafayev və Teyyub Aslanovun ifasında səslənib.

İfaçıları xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və yaradıcılıq layihələri davam edir.

Paylaş: