Azərbaycanlı sənətçi Vyana balını fəth etdi
Tarix: 1-03-2019, 10:51

Avstriyanın paytaxtı Vyanadakı Dövlət Operasında 63-cü Vyana Opera Balı açılıb.

Avstriyanın dünyaca məşhur və ən önəmli dövlət balının əsl ulduzları rusiyalı opera müğənnisi Anna Netrebko ilə onun əri, azərbaycanlı sənətçi Yusif Eyvazov çıxış edib.

Balın ənənəvi konsepsiyasında məşhur opera sənətçilərinin çıxışlarından ibarət proloq var.

İlk əvvəl Yusif Eyvazov Cakomo Puççinin "Turandot" operasından Kalafın "Nessun Dorma" ariyasını ifa edib, sonra isə Anna Netrebko bala toplaşanları Luici Arditinin "İl bacio" mahnısı ilə feyziyab edib.

Sonda onlar Cakomo Puççinin "Bohema" operasından "O soave fanciulla" ariyasını birlikdə ifa ediblər.

Balın rəqs proqramı 144 debütant cütlüyün ifasında polonezlə başlanıb. Daha sonra konsret İohann Ştrausun valsı iə davam edib.

Balda musiqini Vyana Dövlət Operasının 150 musiqiçidən ibarət orkestri ifa edir.

Builki fəxri qonaqlar arasında ABŞ-ın sabiq prezidenti Barak Obamanın əmisi qızı Auma Obama vardı.

Vyanada hər il noyabr-mart aylarında bal mövsümü olur və bu zaman 400 bal təşkil olunur.

mənbə: milli.az
Azərbaycanlı sənətçi Vyana balını fəth etdi - FOTOLAR

Paylaş: