“Bakıda qəza törədib qaçmaq olar?” - Faytonçu Nazim DANIŞDI
Tarix: 28-02-2019, 11:59



Müğənni Nazim Pişyari qəza qtörətməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. 
N.Pişyari Unikal.org-a açıqlamasında qəzanın baş verməsini təsdiqləyib. O, hadisə ilə bağlı geniş açıqlama verməsə də qəza törətdikdən sonra qaçması ilə bağlı məlumatı belə şərh edib: “Yox, qaçmamışam. Nə qaçmaq? Biz hansı dövrdə yaşayırıq ki, qəza törədib hadisə yerindən qaçaq? Özü də Bakı şəhərində! Bu gün paytaxtımızın hər yeri kameradır. Sizcə bu kameraların altında qəza törədib, qaçmaq olar? İnşallah bu hadisə ilə bağlı daha geniş açıqlama verəcəm”. 
Qeyd edək ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari   fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində qəza törədib. Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib.Zəncirvari qəzaya səbəb olan N. Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.



Paylaş: