Barışıq, yoxsa Elnar və Ayselin yalançı "ayrılıq" şousu?
Tarix: 27-02-2019, 10:56



Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Elnar Xəlilov nişanlısı, şairə Aysel Nəcəflidən ayrılmışdı.

Axşam.az xəbər verir ki, onlar bu haqda sosial şəbəkədə paylaşım edərək, bir-birilərini tənqid etmişdilər. 

Əldə etdiyimiz məlunata görə, cütlük barışıb. Belə ki, onlar artıq 8 mart tarixində baş tutacaq toyları üçün dəvətnamələri də paylamağa başlayıblar.
Qeyd edək ki, onların hansı səbəblə ayrıldığı bilinməsə də, Aysel Nəcəfli yazdığı statuslarda Elnarla əsla barışmayacağını, bu dəftərin onun üçün qapandığını vurğulamışdı. Bildirirdi ki, nişanlısı onun sosial şəbəkələrdə söyülməsinə rəvac yaradıb.

"Üstümə “sevirəm”lərlə gəlmə, ömürlük bu kitabı bağladım” deyə, Aysel sosial media hesabında yazmışdı.

Onu da bildirək ki, cütlüyün ümumiyyətlə küsmədiyi, bunu şou üçün etdikləri də iddia olunub. Belə ki, Elnarın Ayselə evlilik təklifi də şoulaşdırılaraq, sosial şəbəkədə səs-küy yaratmışdı.

Ayrılıq xəbərini sosial mediada aləmə carc çəkən cütlük, nədənsə, barışdıqlarını gizli saxlayıblar.



Barışıq, yoxsa Elnar və Ayselin yalançı "ayrılıq" şousu? - Foto

Paylaş: