Lalənin zəncirvari plagiat qalmaqalı - Tarkan, Fərhad...
Tarix: 27-02-2019, 10:40

LalÉnin zÉncirvari plagiat qalmaqalı

Əməkdar artist Lalə Məmmədova bir neçə gün bundan əvvəl “Çiçək” adlı klipini təqdim edib. Lakin həmin layihə çıxan gündən müzakirə olunmağa başlayıb.  
“Qafqazinfo”nun məlumatına görə, musiqisi Nadir Əzimov, sözləri Rüstəm Behrudiyə məxsus mahnının plagiat olduğu iddia edilib. 
Belə ki, sözügedən bəstənin Türkiyənin pop ulduzu Tarkanın “Çok ağladım” ( sözləri Ayça Z. Aydın (Miya), musiqisi Murat Matthew Erdem) mahnısından bəhrələndiyi qeyd olunub. 
Hər iki mahnının girişindəki bənzərlik diqqətdən yayınmayıb. “Çok ağladım”ın aranjimanını Ozan Çolakoğlu, “Çiçəy”inkini isə Givi Usenaşvili edib. 
Maraqlısı odur ki, əslində sözügedən bəstələrin hər ikisi müəlliflərinə aid deyil. 
Əvvəlcə həmin musiqini ilk dəfə İran müğənnisi Mehdi Ahmadvandın (“Dorooghe”) səsləndirdiyi iddia olunsa da, əslində arajimanın Volga Tamözə məxsusdur.  
O, 2015-ci ildə mahnını “Düştüm Ben Yollara” adı ilə Fərhad Köçərlə duet şəklində təqdim edib. 
Mahnının belə bir zəncirvari tarixi olduğu üçün onun əslində kimə məxsus olduğunu demək də çətindir.

Paylaş: