Tanınmış aktyor vəfat edib
Tarix: 27-02-2019, 09:36



Türkiyənin tanınmış aktyoru Aytac Arman vəfat edib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, ötən gün dünyasını dəyişən aktyor xərçəng xəstəliyindən əziyyət çəkib.
İstanbul Onkologiya Xəstəxanasında vəfat edən Aytac Arman 1949-cu il iyunun 22-də Adana şəhərində dünyaya gəlib.
Əsl adı Veysəl İncə olan aktyor sənət həyatına 1969-cu ildə başlayıb.
1971-ci ildə çəkildiyi “Baba” filmi ilə tanınan aktyor 2003-cü ildə “Göndərilməmiş məktublar” ekran işində ifa etdiyi obraza görə “Ən yaxşı yardımçı kişi aktyoru” mükafatını qazanıb.

Paylaş: