Məşhurlarımızın çimərlik geyimində pozaları - Rekord Pərvindədir
Tarix: 22-08-2017, 13:41



Yay mövsümündə şou-əhlinin çimərlik geyimində paylaşdığı fotolar həm mediada, həm də sosial şəbəkələrdə gündəm oldu. Əvvəllər sənətçilər istirahət zaman çəkilən görüntülərini instaqramda paylaşmağa çəkinsələr də, son mövsümdə onlar bu ənənlərinə sadiq qalmadılar. Əksər tanınmışlar sosial şəbəkə istifadəçilərinin qınağından qorxaraq  şərh bölməsini bağlamaq məcburiyyətində oldular. 
Nura Suri ilə başlayan axına Sevda Yəhyayeva, Pərvin Abıyeva və başqaları qatıldı. 
Şou-biznes üzvləri arasında ən çox Nura Suri fotoları ilə yadda qaldı. Müğənni Bodrumda istirahət edən zaman çimərlik geyimində fotolarını paylaşdı. 41 yaşlı pop ifaçısı daha sonra 203 minlik səhifəsindən bəzi paylaşımları sildi.  Onun hər yayımladığı şəkli isə 5000 mindən çox insan bəyənib. 







İncəsənət aləminin ən cəsarətli müğənnisi isə Dilarə Kazımova olub. Gənc ifaçı bu yay çoxlu sayda çimərlik geyimində fotolarını paylaşıb və şərh bölməsini aktiv edib.  Lakin Dilarənin izləyici sayının az olması (27 min) fotoların müzakirəsinin azlığı ilə nəticələnib. Belə ki, Dilarənin çimərlik geyimi ilə görüntülərini 500-700 nəfər izləyici bəyənib, 5-10 şərh yazılıb. 







Bu il Sevda Yəhyayeva demək olar ki, özünə qoyduğu “qadağa”nı pozub.  Müğənni Türkiyədə istirahət edən zaman lentə alınan şəkillərini 755  minlik səhifəsində paylaşıb.  Ancaq o da şərh bölməsini dekativ edib. Sevdanın həmin görüntülərini 10 mindən çox izləyici bəyənib. 







Son zamanlar ən çox müzakirə olunan tanınmış isə aktrisa Pərvin Abıyevadır. Qısa müddətdə populyarlaşan aktrisa da bu yay Bodrumda istirahət edib. Pərvinin çimərlik geyimində paylaşılan fotoları isə böyük müzakirələrə səbəb olub və medianın diqqətindən yayınmayıb.  Abıyevanın həmin şəkillərini 20 mindən çox insan bəyənib, yüzlərlə şərh gəlib.  







Medianın gündəmini isə bu ay Rəqsanə İsmayılovanın fotoları zəbt edib. Kompleksiz sənətçi dəfələrlə çimərlik geyimində çəkilən fotolarını öz izləyiciləri ilə bölüşüb. Rəqsanənin 300 minlik səhifəsində həmin şəkilləri 5000 mindən çox insan bəyənib.  







Müğənni Günay İbrahimli də bu axına qoşulan məşhurlar siyahısına daxil olub. Sənətçi bir neçə həftə bundan əvvəl çimərlik geyimində şəkil paylaşıb, lakin şal ilə bütün bədənini örtüb və həmin fotonu 11 mindən çox insan "like" edib. 




Paylaş: