Tanınmış aktrisa Xocalı yürüşündə
Tarix: 26-02-2019, 13:29



Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş yürüşdə iştirak edib.
"Ölkə.Az"ın məlumatına görə, Orucova bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcov və rejissor Hafiz Quliyevlə birlikdə soyqırım abidəsini ziyarət edib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımındən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının da iştirakı ilə törədilən soyqırımda  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

Paylaş: