Vəfa Zeynalovadan Xocalı ilə bağlı — Paylaşım
Tarix: 26-02-2019, 11:09



Bu gün Xocalı soyqırımı qurbanlarının anım günüdür.
"Ölkə.Az" xəbər verir ki, məşhurlar da bununla bağlı sosial şəbəkələrdə paylaşım ediblər.
Əməkdar artist Vəfa Zeynalova Xocalıda törədilən dəhşəti paylaşdığı fotoşəkillərlə bildirib. 
Aktrisa bir neçə obrazla kamera qarşısına keçərək, o gecənin hadisələrini, ermənilərin etdikləri vəhşilikləri fotolarla insanlara çatdırmağa çalışıb.
Layihə izləyicilər tərəfindən çox bəyənilib, fotolar üçün ona təşəkkür edənlər də olub.
Xatırladaq ki, ermənilərin Xocalıya hücumu nəticəsində 63 nəfər uşaq, 106 qadın, 70 nəfər qoca olmaqla 613 nəfər qətl edilib. 8 ailə tamamilə məhv edilib,  25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.











Paylaş: