"Nə yaxşı ki, yanımda şahid olub"
Tarix: 25-02-2019, 15:48



“Müğənnilərdən biri atama yardım adı ilə 200 manat göndərib. Amma gedib orda-burada deyir ki, Ağakərimə 500 manat yardım etmişəm”.
Bunu AzNews.az-a açıqlamasında meyxana ifaçısı Ağakərim Novruzovun oğlu Kamil Novruzov bildirib. O qeyd edib ki, həmin müğənnidən pulu alarkən yanında şahidi olub:
“Adını çəkmirəm. Həmin müğənni bizə gəlməyib. Mənim yaxın dostum var. O, zəng edib dedi ki, filan müğənni Ağakərimə xəstəliyi ilə bağlı yardım etmək istəyir. Birlikdə təyin olunan görüş yerinə getdi. Həmin müğənni pulu yanımdakı adama verdi. 200 manat idi. Amma sonradan eşitdim deyib ki, Ağakərimə 500 manat verdim. Nə yaxşı ki, yanımda şahid olub”.

Paylaş: