Məşhur aktyorun nəvəsinin meyiti tapılıb
Tarix: 25-02-2019, 14:40



Məşhur Hollivud aktyoru, “Küləklə sovrulanlar” filminin ulduzu Klark Qeyblın nəvəsi aktyor Ceyms Qeybl ölüb.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı aktyorun meyiti evində tapılıb.
Tanınmış teleaparıcı və aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, 30 yaşlı Klark Ceyms Qeybl babasının sənət yolunu davam etdirib, tanınmış model, aktyor və teleaparıcı kimi fəaliyyət göstərib.
Xatırladaq ki, “Hollivudun kralı” adlandırılan Klark Qeybl 1960-cl ildə 59 yaşında ürək tutmasından vəfat edib.




Paylaş: