“Mətanətə borcum var idi deyə, ad gününə gəldim” - Könül Xasıyeva
Tarix: 25-02-2019, 13:02



Xalq artisti Könül Xasıyeva xəstəhal olarkən Mətanət Əsədovanın ad gününə qatılmasından danışıb.

UlduzumSan.Az Axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil” verilişində qonaq olan ifaçı Mətanətə mənəvi borcu olduğunu deyib:

"Mənəvi borcum var idi deyə, Mətanətin ad gününə gəldim. Mənə bir nəfər dedi ki, Mətanətin ad günüdür. Hətta oğlum Kazım narahat idi, bir nəfər yox idi ki, övladımı onun yanında qoyum. Ona görə də, bacıma zəng vurdum, o, Şəkiyə gəldi. Mən də axşam onun yarısı Bakıya çatdım. Mətanət Kazımın ad günündə elə iştirak edib ki... İlk vida konsertimdə də o, ürəklə iştirak etdi”.

Qeyd edək ki, xalq artistinin ad günündə iştirakı müzakirələrə səbəb olmuşdu.

Paylaş: