Fuad Poladovun əziz xatirəsinə - "Köhnə telefon"...
Tarix: 25-02-2019, 11:55



Azərbaycanın görkəmli sənətkarı, xalq artisti, unudulmaz Fuad Poladovun əziz xatirəsinə ithaf olunan yeni tamaşa hazırlanıb.
Open.az xəbər verir ki, bu barədə tamaşanın yaradıcı heyəti məlumat yayıb.
Martın 18-də Tallin şəhərində Estoniya Dövlət Dram Teatrında Fuad Poladovun xatirəsinə həsr olunmuş Paul Villardın "Köhnə telefon" əsəri oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.
Baş rolu istedadlı aktyor Hikmət Rəhimov ifa edəcək.
Əməkdar artist Münəvvər Əliyeva və aktrisa Fidan Bayramova da tamaşada çıxış edəcək.
Layihənin rəhbəri uzaq Estoniyada Azərbaycan mədəniyyəti, incəsənəti, teatrını tanıdan həmyerlimiz Sənəm Əliyevadır.
Tamaşa Estoniya Mədəniyyət Nazirliyinin, Estoniya Dram Teatrının, Tallin Bələdiyyəsinin, Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin, Estoniyadakı Azərbaycan icmasının, Türkiyə Respublikasının Estoniyadakı Səfirliyinin dəstəyi ilə ərsəyə gələcək.
Qeyd edək ki, “Köhnə telefon”un ən böyük özəlliyi yaradıcı heyətin bütünlüklə Fuad Poladovu şəxsən tanıyan, mütəmadi ünsiyyətdə olan, onu dəyərləndirən insanlardan ibarət olmasıdır.



Fuad Poladovun əziz xatirəsinə

Paylaş: