Pamela Anderson Rusiyadan yardım istədi
Tarix: 25-02-2019, 10:24



Tanınmış aktrisa və IFAW beynəlxalq heyvanların müdafiəsi fondunun məşvərət şurasının üzvü Pamela Anderson növbəti dəfə Rusiya Federasiyası hakimiyyətinə müraciət edib
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bu dəfə Anderson Vladivastok sularında “dustaq” saxlanılan orkaların (kitə oxşar dəniz yırtıcısı - red.) və ağ delfinlərin azad edilməsi ilə bağlı Rusiya hökumətindən yardım istəyib.
Moskvaya ünvanlanmış məktubun elektron variantı fondun rəsmi saytında dərc olunub. Bundan əvvəl o, Rusiya hökumətinə analoji məktub ünvanlayaraq, orka və ağ delfin ovunun qadağan edilməsini xahiş etmişdi.
Həmin məktubdan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin baş prokurorluğuna sözügedən sularda dəniz məməlilərinin ovu və mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığını yoxlamağı tapşırmışdı.

Paylaş: