Damlanın "intim video"sunu yayan şəxs axtarılır
Tarix: 23-02-2019, 10:47



Son günlər sosial şəbəkələrdə məşhur azərbaycanlı müğənni, daha çox Damla ləqəbi ilə tanınan Məsumə Məmmədovaya aid olduğu deyilən intim video yayılıb. Müğənni özü bu çarxın ona aid olduğunu qətiyyətlə inkar edib. Bu çarxla bağlı müğənninin meneceri Əfruzə Ağayeva Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

"Videoya baxan hər kəs o saat başa düşür ki, oradakı Damla deyil, hansısa yüngül əxlaqlı qızdır. O, zahiri görkəminə və bədən quruluşuna görə də Damladan tamamilə fərqlənir. Başa düşmürəm, belə bir videonu yayıb müğənnini xüsusilə biabır etmək kimə lazımdır" – deyə Ağayeva bildirib.
Menecerin sözlərinə gör, Damla həyatda heç vaxt açıq-saçıq paltarlar belə geyinməyib: "Çünki o, tamam başqa tərbiyə alıb. Hazırda isə o, Azərbaycan estradasının ən çox tələb olunan müğənnilərindən biridir və bəzi qısqanc adamlar heç cür bununla barışa bilmirlər. Müğənni onunla bağlı intim videonu yayan adamları tapıb haqq-hesab çəkmək niyyətindədir".
Şou-biznesin bir neçə məşhuru da Damlanı dəstəkləyib və onun müdafiəsinə qalxıblar. Onlardan biri də müğənni Natəvan Həbibidir.
"Başa düşmürəm, bir qadına, anaya necə belə iftira atmaq olar. Əminəm ki, günahkarlar gec-tez cəzalanacaq. Allah hər şeyi görür və bu adamı özü cəzalandıracaq" – deyə Həbibi bildirib.
Tolik adı ilə məşhur olan prodüser Tarix Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu cür çarxları yalnız vicdansız adamlar yaya bilərlər. O, başa düşə bilmir ki, niyə bəzi adamlar başqalarının uğurlarına sevinə bilmirlər və onu rüsvay etmək üçün bəhanə axtarırlar. Onun sözlərinə görə, videoya baxan kimi dərhal görünür ki, bu, Damla deyil, başqa qadındır.
"Bu cür xəbərləri oxuyanda xəcalət çəkirəm. Damlanın məktəbə gedən oğlu var. O niyə buna görə xəcalət çəkməlidir. Qadını bu yolla rüsvay etmək olmaz. Yaxşısı budur ki, başqa şeylərlə gündəmə gələn digər adamlardan danışsınlar. İnanıram ki, günahkarlar cəzalandırılacaq" – deyə Tolik qəzəblə bildirib.
Damla Azərbaycanın populyar toy müğənnilərindən biridir. Özünəməxsus ifa tərzi və melodik səsi ona qısa zamanda Azərbaycan estradasının tanınmış müğənnilərindən biri olmağa imkan verib.
Etik səbəblərdən biz həmin intim videonu və şəkilləri yaymırıq.


Paylaş: