Hüseyn Dərya haqqında şok xəyanət faktı: 16 yaşında məktəbli...
Tarix: 23-02-2019, 10:11



Ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində maraqlı anlar yaşanıb.
AzNews.az xəbər verir ki, verilişə Hüseyn Dəryanın birinci həyat yoldaşı zəng edib. O, efirdə qızına qarşı səslənən iddiaları qəbul etmədiyini, lazım gələrsə DNT analizinin aparılmasına razı olduğunu da bildirib.
O, bu sözləri mərhum reperin ikinci həyat yoldaşı Sonanın Ayşə haqqında qeyri-qanuni övlad deməsinə cavab olaraq deyib:
"Sonanın 16 yaşı var idi. Məktəbdə oxuyurdu və evli kişi ilə danışırdı. Bizim Hüseynlə ailəmizi Sona dağıtdı. Mən onu çox sevsəm də xəyanəti bağışlaya bilmədim. İndi də o, mənim qızıma qeyri-qanuni uşaq deyir. Mənim Hüseynlə nikahım da kəbinim də vardı".
Sözügedən kadrlara 35-ci dəqiqədən sonra baxa bilərsiniz.



Paylaş: