"Rüstəm İbrahimbəyov məni 80 illik yubileyinə dəvət etməyib"
Tarix: 18-02-2019, 16:09



Rüstəm İbrahimbəyov məni 80 illik yubileyinə dəvət etməyib.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun 80 illik yubileyi ilə bağlı Bakıda keçirilən mərasimdə iştirak etməməsinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, R.İbrahimbəyovla arasında hər hansı problem yaşanmayıb:
“Rüstəm bəylə aramızda heç bir problem olmayıb. Sadəcə, məni doğum gününə dəvət etməyib. Hər halda dəvət olunmadığım yerə gedə bilmərəm”.
Qeyd edək ki, fevralın 15-də Bakıya gələn Rüstəm İbrahimbəyov 80 illik yubileyini ölkənin tanınmış simaları ilə paytaxtda qeyd edib. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun katibi vəzifəsində işləyən (1990-2013) R.Balayevin sözügedən məclisdə olmaması diqqətlərdən yayınmayıb.

Paylaş: