Məşhur müğənninin evini yardılar: “Qızım qorxudan ölürdü”
Tarix: 18-02-2019, 15:44




Müğənni Demet Akalının Acarkənt səmtindəki villasına oğru girib.
“Ölkə.Az” xəbər verir ki, oğrunun əvvəl Demetin evində işləyən bir qadın olduğu üzə çıxıb.
Oğurluq dünən səhər saatlarında olub. Evə girən qadın bir çanta pul və zinət əşyalarını oğurlayaraq qaçıb. Onu görən Demet və Okan cütlüyü təhlükəsizlik xidmətinə məlumat veriblər. Qısa müddət ərzində oğru qadın saxlanılıb.
Demet bildirib ki, baş verən hadisədən sonra qızı Hira bərk qorxub.
Hazırda oğru qadın polis tərəfindən dindirilir.

Paylaş: