Qalmaqallı müğənni jurnal üçün SOYUNDU
Tarix: 22-08-2017, 10:18



47 yaşlı qamaqallı müğənni Meray Kerinin yarıçılpaq şəkilləri yayılıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış müğənni “Paper” jurnalının Las-Veqasa həsr olunmuş xüsusi layihəsində iştirak edib. 47 yaşlı ulduz jurnal üçün cəsarətli pozalar verib, həmçinin müsahibəsində suallara cavab verdi.
Əsas fotosessiya nömrəsi Las-Veqasa həsr olunduğuna görə, jurnalist bu şəhərlə bağlı təəssüratlarını soruşub:
“Əgər uşaqlarınız varsa, onları buraya mütləq gətirmək lazımdır. Mən tez-tez qastrol səfərlərində oluram, çalışıram ki, əkiz uşaqlarımı da özümlə birlikdə aparım”.
Söhbət zamanı müğənni gözlənilmədən anası və keçmiş opera müğənnisi Patrisiuya Xikini xatırladıb:
“Anam opera müğənnisi və əsl məşhur aktrisa idi. Odur ki, kimsə özünü diva adlandıranda ona demək istəyirəm: "Əzizim, sən anamla böyüməmisən, ona görə də bilmirsən ki, məşhur aktrisa olmaq nə deməkdir".
Xatırladaq ki, Meray Keri “Formula 1” Azərbaycan Qran-Prisinin açılışında çıxış edib. O, Bakı səfərinə oğlu ilə birlikdə gəlmişdi. Müğənninin Bakı konserti daha çox geyimi və artıq çəkiləri ilə gündəm yaratmışdı









Paylaş: