Afət Nəsiminin daha on qəzəlinə mahnı oxuyacaq
Tarix: 18-02-2019, 11:51



Müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin daha on qəzəlinə mahnı ifa edəcəyini açıqlayıb.
Bu barədə müğənni Oxu.Az-a açıqlamasında məlumat verib.
O bildirib ki, hazırda bir qəzəl seçilib və onun üzərində iş gedir.
Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edən A.Fərmanqızı deyib ki, bu, sonuncu deyil. 
“Mən nəinki bir, Nəsiminin daha 10 qəzəlini ifa edəcəm. Mahnı seçimləri aparıram. Qəzəllərdə ərəb musiqilərindən istifadə edib, onları yaxın müddətdə lentə alacağam”.
Qeyd edək ki, müğənni Afət Fərmanqızının dahi İmadəddin Nəsiminin sözlərinə oxuduğu “Pəncu şeş” adlı mahnısı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox sənət nümayəndələri A.Fərmanqızını tənqid edərək, öz iradlarını bildiriblər.

Paylaş: