Xalq artisti vəfat edib
Tarix: 18-02-2019, 11:04



Rusiya və Başqırdıstanın xalq artisti Zaqir Valitov 79 yaşında vəfat edib.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, xalq artisti uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Xalq artisti Zaqir Valitov Məcid Qafuri adına Başqırdıstan Akademik Dram Teatrının aktyoru olub.
Aktor doğma teatrının səhnəsində maraqlı obrazlar qalareyası yaradıb.
Çingiz Aytmatovun “Sərv boylum, al yazmalım” əsəri əsasında hazırlanan tamaşada ifa etdiyi İlyas obrazı Zaqir Valitova məşhurluq qazandırıb.

Paylaş: