Nişanını qaytaran azərbaycanlı müğənni: "Qızı yoxlamaq üçün anamın qeybətini edirdim"
Tarix: 18-02-2019, 11:02



Müğənni Elnar Xəlilov "Kim var, kim yox?" verilişinin qonağı olub.
Open.az xəbər verir ki, bir neçə gün öncə nişanını qaytaran ifaçı daima sevdiyi şəxsi yoxlamaq üçün onu müxtəlif sınaqlardan keçirtdiyini vurğulayıb.
Müğənni hətta zaman-zaman anasını pisləyərək, qadını yoxlamaq istədiyini dilə gətirib: "Gözünü yumub, ailə həyatı qurmaq olmur. Bir kişinin anası pislənirsə, günah kişidədir. Çünki özü bu şəraiti yaradıb. Mən dəfələrlə anamın qeybətini eləmişəm. O da mənə qoşulmaq istəyəndə, qızı orada saxlayıram".
Qeyd edək ki, Elnar ötən ilin sentyabr ayında Aysel Nəcəfli ilə nişanlanmışdı.



Paylaş: