Məşhur rok qrup Trampı təhqir etdi
Tarix: 16-02-2019, 11:59



ABŞ prezidenti Donald Tramp rəqiblərini məsxərəyə qoymaq məqsədilə demokratların onun konqresdəki çıxışına reaksiyasını əks etdirən videoyazı paylaşıb.
Bu haqda “MediaITE” nəşri məlumat yayıb.
Videoyazıda popular “R.E.M” rok-qrupunun “Everybody Hurts” mahnısından istifadə olunub.  Halbuki adı çəkilən qrupun üzvləri Ağ Ev rəhbərinin qatı əleydarlarındandır .
Trampın tvitində onların mahnılarından fon musiqisi olaraq istifadə olunmasına görə qrupun üzvü Mayk Mils od püskürüb.
O ABŞ prezidentini təhqir edərək, “dünya lideri özünü axmaqlığa qoyur” ismarıcını paylaşıb.
Qrup üzvləri “bu yalançını təqib etməyə davam edin” deyə konqres və ABŞ KİV-nə səslənib.

Paylaş: