"Bakı Gözəli-2017" gözəllik yarışmasının final gecəsinin tarixi məlum oldu
Tarix: 22-08-2017, 09:12


"Şou Prodakşn" tərəfindən təşkil olunan "Bakı Gözəli-2017" gözəllik yarışmasının final gecəsinin tarixi bəlli olub. Yarışma 26 avqust, saat 20:00-da Capitol-da baş tutacaq. 

UlduzumSan.Az-a bu haqda təşkilat komitəsindən açıqlama verilib: "Final gecəsində surpriz qonaqlar olacaq. Finala vəsiqə qazanmış xanımlar arasından qalibləri müyyən etmək üçün həm münsiflərin verdiyi səslərdən, həmdə final gecəsində iştirak edəcək qonaqların verdiyi səsvermədən istifadə olunacaq. Belə ki, gecəsinə giriş yalnız dəvətnamə ilə olacaq və dəvətnamə əldə edərək gecədə iştirak edən qonaqların hər biri dəstəklədiyi iştirakçıya səs vermək imkanı qazanacaq. Hər bir qonağın bir səsvermə hüququ olacaq. Yekunda münsiflərin səsverməsi ilə qonaqların verdiyi səslər toplanaraq qaliblər müəyyən olunacaq. Yekunda səslərin 50% münsiflər, 50% isə qonaqların verdiyi səslər olacaq. Birinci yerin qalibinə layihənin təşkilatı dəstəkcisi olan “Marvel Tours” Turizm şirkəti tərəfindən Türkiyəyə istirahət kuponu, "Şou Prodakşn" tərəfindən tac, lent, diplom və s. təqdim olunacaq. Digər yerlərin sahiblərinə də lent, diplom və s. müxtəlif növ hədiyyə və mükafatlar təqdim olunacaq".

Paylaş: