Rafet El Roman üzünə dolğu etdirib?
Tarix: 15-02-2019, 17:01



Türkiyəli məşhur müğənni Rafet El Roman 14 fevral sevgililər günündə Bostancı Nümayiş Mərkəzində səhnəyə çıxıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rafet El Romanla bərabər səhnədə musiqiçi qızı Su və Derya Ürkmez də yer alıb.
Konsertdən öncə müxbirlərin suallarını cavablandıran El Romanın üzündəki dəyişiklik diqqət çəkib.
Bu vaxt "məşhur müğənni üzünə dolğumu etdirib?" sualı ağıla gəlib.
Qeyd edək ki, bir neçə ay əvvəl də Rafet El Romanın üzünə estetik əməliyyat etdirməsi iddia edilib.

Paylaş: