Xalq artistinin evindən seyf oğurlanıb, öz isə susur...
Tarix: 21-08-2017, 18:27


Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olunub. Bu barədə APA agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, oğurluq hadisəsi avqustun 19-da qeydə alınıb. Xalq artistinin Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanda yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.
Xalq artisti bu barədə polisə məlumat verib. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqla bağlı xalq artisti Nazpəri Dostəliyevanın özü ilə əlaqə saxlamağa çalışdıq. Lakin xalq artisti zənglərimizə cavab vermədi.
Qeyd edək ki, digər mətbuat orqanları da hadisə il bağlı xalq artistinin özündən məlumat almağa çalışsa da, müğənni zəngləri cavabsız qoyub.

Paylaş: