“Boş məkanın dolğunluğu-2” - Eksperimental tamaşalar festivalı
Tarix: 15-02-2019, 10:26

âBoÅ mÉkanın dolÄunluÄu-2â - Eksperimental tamaÅalar festivalı

1-9 mart 2019–cu il tarixində «Boş məkanın dolğunluğu-2» Eksperimental tamaşalar festivalı keçiriləcək.
Open.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.
Festivalda 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir qonşu Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunacaq.
Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr günü Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.
Qeyd edək ki, Festivalın informasiya dəstəyçiləri İTV şirkəti və Teatro.az sənət portalıdır.
Festivalının proqramını təqdim edirik:

1 Mart, 14:00
Dövlət Yuğ teatrı
A.B.Kasares
“Qəbirqazma üsulu”
rej. Gümrah Ömər
Nevftçilər pr. 36
1 Mart, 18:00
Dövlət Yuğ teatrı
S.Haqverdiyeva
“Metamorfoza”
rej. Günay Səttar
Nevftçilər pr. 36
2 Mart, 14:00
Dövlət Yuğ teatrı
V.Klim
“Medeya Sekvensiya – 01”
rej. Mikayıl Mikayılov
Nevftçilər pr. 36 – Dövlət Kukla Teatrının binası-2-ci mərtəbə
2 Mart, 18:00
Dövlət Yuğ teatrı
T.Vahid
“Quş dili”
rej. Əbdülqəni Əliyev
Nevftçilər pr. 36 – Dövlət Kukla Teatrının binası -2-ci mərtəbə
3 Mart, 14:00
Müstəqil teatr
S. Mrojek
“Açıq dənizdə”
rej. İsa Əsədov
Az.TXI, böyük səhnə
3 Mart, 18:00
Human teatrı
“Qara adam”
müəllif və rej. Şamil İbrahimov
Az.TXI, böyük səhnə
4 Mart, 14:00
ADMİU
A.Şipanov, A.Abrosimov
“Səmavi”
rej. Raulya Türkkan
Rus Dram Teatrının səhnəsi
4 Mart, 18:00
ADMİU
K.Abdulla
“Unutmağa kimsə yox”
kurs rəh. Yaqut Paşayeva
Az.TXI, böyük səhnə
5 Mart, 14:00
ADMİU Ə.Haqverdiyev“Yeyərsən qaz ətini, görərsən
ləzzətini” əsəri əsasında
“Qara oyun”
kurs rəh. Məmməd Səfa
AzTXI, böyük səhnə
5 Mart, 18:00
ADMİU
M.F.Axundzadə
“Lənkəran xanının vəziri”
kurs rəh. Gülşad Baxşiyeva
AzTXI, böyük səhnə
6 Mart, 14:00
ADMİU
M.İbrahimbəyov
“Kərgədan buynuzu”
kurs rəh. Cənnət Səlimova
Rus Dram Teatrının səhnəsi
6 Mart, 18:00
“SAFAT” Teatrı
İ.Netanyahu
“Məna axtarışında”
rej. İlqar Safat
Az.TXI, böyük səhnə
7 Mart, 15:00
Bakı Uşaq Teatrı
R.Ağayev
“Bir gecənin nağılı”
rej. İntiqam Soltan
AzTXI, böyük səhnə
7 Mart, 18:00
Akademik Milli Dram Teatrı
Ç.Aytmatov
“Manqurt”
rej. Anar Sadıqov
AMDT, A.M.Şərifzadə səhnəsi
8 Mart, 14:00
Şuşa Dövlət Musiqili Dram Teatrı
M.Qavran
“Aktyor əbədiyyətə qovuşanda”
rej. Nazir Rüstəmov
Az.TXİ, M.Mərdanov səhnəsi
8 Mart, 19:00
Kutaisi Dövlət Professional Teatrı
V.Qavel
“Duplet”
rej. Konstantin Abaşidze
Az.TXI, böyük səhnə
9 Mart, 12:00
Dövlət Gənc Tamaşaçılar Teatrı
V.Lyus
“İstədiyim kimi yaşayıram”
rej. Ağakişi Kazımov
DGTT, Kiçik səhnə
9 Mart, 18:00
Akademik Milli Dram Teatrı
K.Abdulla
“Bir-iki, bizimki”
rej. Əlif Cahangirli
AMDT, A.M.Şərifzadə səhnəsi


Paylaş: