Xalq artisti vəfat etdi
Tarix: 14-02-2019, 18:17



Moskvada Rusiyanın xalq artisti, məşhur estrada müğənnisi Sergey Zaxarov vəfat edib.
“Ölkə.Az” xəbər verir ki, 68 yaşlı müğənni ürək çatışmazlığından dünyasını dəyişib.
Onunla vida mərasimi və dəfnin harada keçiriləcəyi barədə dəqiq məlumat yoxdur.
Sovet estradasının məşhur ulduzu Zaxarov 1974-cü ildə Bolqariyada keçirilən müsabiqədə qalib gəlib. 1975-ci ildə isə Leonid Kvinixidzenin “Səma qaranquşları” filminə çəkilib. Bu rol ona şöhrət gətirib.
43 ölkədə qastrol səfərində olub.

Paylaş: