Şəbnəmə ərindən lüks hədiyyə: Novxanıda bağ evi, tək qaş üzük və...
Tarix: 14-02-2019, 18:00



Müğənni Şəbnəm Tovuzlu Sevgililər günündə həyat yoldaşından özəl hədiyyə alıb.

UlduzumSan.Az xəbər verir ki, həyat yoldaşı ifaçı xanıma Novxanıda bağ evi və tək qaş üzük hədiyyə edib. Şəbnəm təəssüratlarını bölüşüb:

"Novxanıda bağ evi görmüşdüm, almaq fikrim var idi. Həci səhər gəldi, sürpriz etdi, dedi ki, narahat olma, açarları almışam. Gedək notariusa, bağı adına keçirim. Bundan əlavə mənə tək qaş üzük də hədiyyə etdi. Təbii ki mənim üçün hədiyyədən də önəmli olan bizim sevgimizdir".

Şəbnəm Tovuzlu bağ evinin qiymətini də açıqlamaqdan çəkinməyib. O bildirib ki, bağın qiyməti 380 min manatdır.



Şəbnəmə ərindən lüks hədiyyə: Novxanıda bağ evi, tək qaş üzük və... - FOTOLAR
Şəbnəmə ərindən lüks hədiyyə: Novxanıda bağ evi, tək qaş üzük və... - FOTOLAR
Şəbnəmə ərindən lüks hədiyyə: Novxanıda bağ evi, tək qaş üzük və... - FOTOLAR

Paylaş: