Tariyel Qasımov: “2019 mənim ilimdir”
Tarix: 14-02-2019, 11:45



Azərbaycanın tanınmış teatr və kino aktyoru, xalq artisti Tariyel Qasımov 80 illik yubiley tədbirlərinə start verib.
Open .az xəbər verir ki, fevralın 4-də 80 yaşı tamam olan aktyorun təntənəli yubileyinə hazırlıq gedir.
Ağstafanın Köçəsgər kəndində yaşayan aktyor yubiley tədbirlərinin mart və aprel aylarında keçiriləcəyini deyib: "80 illik yubileyimlə bağlı prezidentin sərəncamı var. Doğum günüm fevralda olsa da, yubiley mərasiminin martda keçirilməsini istəyirəm. Artıq tədbirin hazırlanmasına start verilib. Mart ayının 30-da Gənc Tamaşaçılar Teatrında mərasim baş tutacaq. Yubiley gecəsinin rejissoru Nicat Kazımovdur. Apreldə isə Ağstafada yubiley tədbirləri davam edəcək. Bir sözlə 2019 mənim ilim olacaq.”
Qeyd edək ki, Tariyel Qasımov 1939-cu il fevralın 4-də Ağstafanın Köçəsgər kəndində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Paylaş: