Flora Kərimova xalq artisti ilə sevgili olubmuş — İLGİNC AÇIQLAMA
Tarix: 13-02-2019, 12:27

Flora KÉrimova xalq artisti ilÉ sevgili olubmuÅ

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Əli Nur mərhum xalq artisti Həsənağa Turabov barədə ilginc açıqlama verib.
 Əməkdar artist "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bildirib ki, Turabov gənclik illərində  xalq artisti Flora Kərimova ilə sevgili olub:
"Onların arasında çox böyük məhəbbət olub. Elə şeylər var ki, hamısını danışmaq olmur. Amma bu dediyim faktdır".
Aktyorun qızı Sevinc Turabova isə bildirib ki, atasının F.Kərimova ilə olan münasibətindən xəbərsizdir:
"Atamı hər zaman qadınlara qısqanmışam. Hara gedirdisə məni də özü ilə aparırdı. Onu çox qısqanırdım. Hətta hansısa qadın ona xoş söz deyəndə, simpatiyasını bildirəndə, gəlib atamın qoluna girirdim ki, yəni, mən burdayam".
Qeyd edək ki, H.Turabov 2003-cü ilin fevral ayının 23-də 65 yaşında vəfat edib.

Paylaş: