Separatçılara dəstək verən müğənni bu kəs Türkiyəni ittiham etdi: Həm də terrorizmdə...
Tarix: 13-02-2019, 09:08



Amerikada yaşayan erməni rok müğənnisi Serj Tankian Türkiyə dövlətinin ünvanına böhtan xarakterli fikirlər səsləndirib.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni müğənni sosial şəbəkələrdən birindəki səhifəsində Suriyaya daxil olan Türkiyənin oradakı terror qruplara yardım  etdiyini bildirib. O, bununla bağlı çoxsaylı “sübutların” olduğunu vurğulayıb.
Xatırladaq ki, 2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ bir gün təkrar gerçək saiblərinə dönəcək” fikrinə cavab olaraq S.Tankian ermənilərin Qarabağın tarixi torapqları olduğunu bildirmiş, bununla da Qarabağ separatçılarına dəstəyini ifadə etmişdir.
Məlumat üçün qeyd edək ki, Türkiyə xeyli müddətdir ki, Suriyada türk əsgərinin qanı və canı bahasına yalnız Türkiyənin deyil, bütün dünyanın rifahı və təhlükəsizliyi naminə terrorizmə qarşı mübarizə aparır və Ermənistan, habelə dünyanın müxtəlif ölkələrində məskunlaşan ermənilər bu müddət ərzində dəfələrlə bu mübarizəyə kölgə salmağa, Türkiyənin məlum fədakarlığına fərqli don geyindirməyə çalışıb.

Paylaş: