Mustafa yeni sevgilisi haqda səmimi etiraflar etdi
Tarix: 12-02-2019, 15:44



Türkiyəli müğənni Mustafa Sandal verilişlərin birində qonaq olub. UlduzumSan.Az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı şəxsi həyatı haqda səmimi etiraflar edib: "İllər öncə çox böyük səhvə yol verirdim. Həmin yalnış hərəkətimi də dəfələrlə təkrar edirdim. Belə ki, sevgi hisslərimi beynimdə əlçatmaz edib, qarşı tərəfi itirirdim. Artıq belə bir səhv etməyi düşünmürəm".
İfaçı sevgilisi Melis Sütşurup haqda da danışıb: "Melisa ilə yeni tanış olmuşuq. Hazırda bir-birimizi tanımağa çalışırıq. Bunun üçün də bol-bol söhbət edirik. Haqqımızda xeyirlisinin olmasını diləyirəm".
Sənətçi "Gel bana" adlı mahnısının sözlərini sevgilisinə həsr etdiyini bildirib: " "Gel bana" adlı bəstəmin musiqisi 2 ay öncə hazır idi. Amma sözügedən mahnının sözlərini Melis Sütşurupla tanış olduqdan sonra yazdım. Bu bəstəni ona həsr etdiyimə görə özünü çox xoşbəxt hiss edir".
İllər öncə qoluna oğlaq bürcünün simvolunu döymə etdirən M.Sandal bir neçə gün əvvəl tatusunun altına oğullarının doğum tarixlərini yazdırıb. O, bu haqda "Övladlarımın doğrum tarixini qoluma yazdırdım və eyni yerə nəzər duasının döyməsini etdirəcəm" sözlərini deyib.





Paylaş: