Aparıcı Nanənin 50 yaşı var?
Tarix: 12-02-2019, 15:10

Aparıcı NanÉnin 50 yaÅı var? - AÃIQLAMA


Bu gün aparıcı Nanə Ağamalıyevanın doğum günüdür.
Open.az xəbər verir ki, aparıcı 50 yaşı tamam olması məsələsinə aydınlıq gətirib.
"Saytlarda mənim təvəllüdümü 1969-cu il yazıblar. Mən o günlərdə hər zaman mənə mənəvi dəstək olan sənətkarımız Aybəniz Haşımovanın evində qonaq idim. Ona deyirəm ki, xəbərin var mənim təvəllüdümü belə yazıblar. Dedi sən mənimlə yaşıdsan ki?! Aybəniz xanım, mən sizi hər zaman cavan və gözəl demişəm. Dedim niyə elə söyləyirsiniz ki?! Yaşımı kimsə ilə müqayisə etmirəm. Sadəcə olaraq, mənim təvəllüdümü yazan insanlara söyləmək istəyirəm ki, fərq etməz insan hansı yaşdadır. Mən 20 yaşlı elə gənclər tanıyıram ki, 50 yaşlı insan özünə o qədər hörmət qoymur, amma o 20 yaşlı qoyur. Fərq etməz neçə yaşım var. Bunlar mənə qətiyyən təsir etmir".


Paylaş: