"Tamaşaçıların arxasınca getmiş olsaydım, Afaq Bəşirqızı olmazdım" — "Bəxt üzüyü 2" filmini tənqid edənlər CAVAB VERDİ
Tarix: 12-02-2019, 13:16



Xalq artisti Afaq Bəşirqızı "Bəxt üzüyü 2" filminə çəkilməsi ilə bağlı səsləndirilən tənqidlərə cavab verib.
 Sənətkar "Ölkə.Az"a açıqlamasında bildirib ki, hər kəsin fikrinə hörmətlə yanaşır: 
"Kimin haqlı, kimin haqsız tənqid etdiyini deyə bilmərəm. Hərənin öz işi, həyata öz baxışı var".
"Bəzi tamaşaçılar hesab edir ki, bu filmə çəkilməyə ehtiyac yox idi" fikrinə isə xalq artisti belə cavab verib:
"Əgər mən pərəstişkarların, tamaşaçıların arxasınca getmiş, onların zövqü ilə oynamış olsaydım, Afaq Bəşirqızı olmazdım".
Qeyd edək ki, Afaq Bəşirqızı (Söylü) və Valeh Kərimovun (Moşu) baş rollarını oynadığı "Bəxt üzüyü" filmi 1991-ci ildə Ramiz Əzizbəyli tərəfindən Vaqif Səmədoğlu və Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkilib. "Bəxt üzüyü 2" filmi isə 2018-ci ildə lentə alınıb. 

Paylaş: