Tanınmış aparıcı ATV telekanalında işə başlayıb
Tarix: 12-02-2019, 12:00



Azad Azərbaycan Televiziyasında (ATV) yeni təyinat olub.
SalamNews-un məlumatına görə, tanınmış aparıcı Fidan Cəfərova bundan sonra ATV Xəbərin aparıcısı olaraq öz işini davam etdirəcək.
Qeyd edək ki, Fidan Cəfərova bundan əvvəl ANS TV-də "Keçmişə Salam", " seANS" verilişlərinin aparıcısı "Məchulu Tapın" verillişinin isə həm aparıcısı həm də müəllifi   olub. Bununla yanaşı o ANS TV-də yayımlanan "Kamerton" milli musiqi alətləri yarışması layihəsinin də müəllifi olub.
Xatırladaq ki,F idan Cəfərova aparıcı olaraq  fəaliyyətinə  Xəzər TV-də yayımlanan "Təmir Məktəbi" verlişi ilə başlayıb. Bir müddət Lider TV-də yayımlanan "Yeni Ev" verlişinin aparıcısı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyanın mətbuat katibi vəzifəsin də də çalısıb.

Paylaş: