Müğənni özündən 15 yaş kiçik həmkarına "tərbiyəsiz" dedi
Tarix: 12-02-2019, 10:27



Türkiyəli məşhur müğənni İrem Derici və Demet Akalın arasındaki mübahisə davam edir.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İrem Derici Demet Akalının “İrem tərbiyəsiz qızdır” açıqlamasına “Demeti canımdan çox istəyirəm. O, mənim böyüyümdür” cavabını verməsi ortalığı bir az da qarışdırıb.
Demet Akalın dünən verdiyi müsahibədə məsələyə aydınlıq gətirərək “İremi çox istəyirdim. İlk səhnəyə çıxanda dəstək də olurdum. Amma onun "arvadlar bir birini yesin" açıqlaması heç xoşuma gəlmədi. Burda Hande Yenerlə məni nəzərdə tutub mənə "qoca" demək istəyir. Mən isə bu dəfə onun uşaqlığına keçirəm” deyib.
Qeyd edək ki, Demet Akalının 46, İrem Dericinin 31 yaşı var.

Paylaş: