Oktarın "kedicik"lərindən biri danışdı: 9 il əsarət altında...
Tarix: 12-02-2019, 09:17



Bu adamın bayıra çıxmaması lazımdır. Həm döyür, həm də saçından tutub yerlərdə sürükləyir. Belə söyüş, belə təhqir eşitməmisiniz.
Axar.az xəbər verir ki, bunu keçmiş "kedicik"lərdən olan Bəril Qoncagül həbsdə olan Adnan Oktar barədə danışarkən deyib.
A.Oktarla bağlı keçirilən əməliyyat çərçivəsində həbs edilən Qoncagül daha sonra peşmançılıq çəkdiyi üçün əfv edilib. O, 9 il əsarət altında yaşadığını bildirib.
İstismara məruz qaldığını, zərbə aldığını söyləyən Qoncagül ilk azadlığının həbsxanada başladığını vurğulayıb:
"Komplimentlər, güllər - bunların hamısı planlı idi. Adnan Oktarın həbsxanasından qaçmaq üçün 5 dəfə cəhd göstərdim".

Paylaş: