Məşhur müğənni Günayın paltarından geyindi
Tarix: 12-02-2019, 08:33



Keçdiyimiz gün ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” musiqi mükafatlandırma mərasiminə amerikalı müğənni İnas X da qatılıb.
UlduzumSan.Az xəbər verir ki, “Staples Center”də keçirilən gecədə  müğənni geyimi ilə diqqət çəkib. İnas X-nın geyimini məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl  hazırlayıb.   Müğənninin gecədə geyindiyi yaşıl libas məşhur azərbaycanlı model Günay Musayevanın paltarını xatırladıb. Eyni tərzdə olan yaşıl  geyimdən hər iki tanınmış istifadə edib.  
Belə ki, həmin geyimi Günay Musayeva ötən il sentyabrın 7-də Nyu-York Moda Həftəsində  azərbaycanlı dizayner Rüfət İsmayılın 2019-cu il üçün hazırladığı “Power of Fire” (Alovun gücü) adlı yaz-yay kolleksiyasının tanıtımında geyinmişdi.




Paylaş: