Rəqsanədən Xatuna: "Gərək üz qoyaydın..."
Tarix: 11-02-2019, 13:15



Müğənni Rəqsanə İsmayılova proqramların birinə müsahibə verib. 
UlduzumSan.Az-ın məlumatına görə, sənətçi bir vaxtlar qalmaqal yaşadığı həmkarı Xatun Əliyevanın barışıq jestinə münasibət bildirib: “Tək Xatunla deyil, heç kəslə problemim yoxdur. O vaxt Xatungil özləri məni düzgün başa düşmədilər. Özləri etdilər, mənim heç bir günahım yox idi. Aydınlaşdırmağa çalışırdım, mənə qulaq asmadılar. İncimişdim.
Hamımız müğənniyik, bizə yaraşan bir-birimizi görəndə "salam" verməkdir. Dalaşanda da elə dalaşmaq lazımdır ki, barışmağa üz qoyasan. Mənim o yaşım deyil ki, qalmaqal edəm. Bizə yaraşmır".



Paylaş: