8 aylıq eşq bitdi
Tarix: 11-02-2019, 08:37



Türkiyədə yaşayan azərbaycanlı model və aktrisa Günay Musayeva zərbə alıb. 
UlduzumSan.Az xəbər verir ki, top-model ilə iş adamı Taha Tatlıcı arasındakı eşq münasibətləri 8 ay davam edib,  onlar ayrılıblar. Bu barədə məlumatı  Günay özü "ATV maqazin onlarla"ya açıqlamasında deyib. O bildirib ki, sevgilisindən ayrılandan sonra saçlarını kəsib. 
Xatırladaq ki, Türkiyədə yaşayan azərbaycanlı modelin iş adamı ilə sevgili olma xəbəri ötən il iyundan mediada yayılıb.

Paylaş: