ARB TV-də çalışmır - Kanaldan RƏSMİ AÇIQLAMA
Tarix: 9-02-2019, 10:25



Ötən gün ssenarist Fariz Əliyevin ARB TV-də baş prodüser vəzifəsinə təyin olunması ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ARB TV-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bu məlumatı təkzib edib:
"Hazırda ARB TV-də baş prodüser vəzifəsi yoxdur. Təyinat xəbəri yayılan ssenarist Fariz Əliyev ARB TV-də çalışmır. O, yalnız efirimizdə yayımlanan "Baldız" və "Söhbət var" kimi prodakşn layihələrində çalışır".

Paylaş: