“O, təkrarı olmayan bir aktyor idi...”
Tarix: 9-02-2019, 09:41



Əməkdar artist Əsgər Məmmədoğlunun anadan olmasından 73 il ötür. Onu bəzən Ələsgər Məmmədoğlu kimi də tanıyırlar. 

Onunla “Bəyin oğurlanması” və bir çox filmlərə çəkilən xalq artisti Hacı İsmayılov Moderator.az-a açıqlamasında həmkarı haqqında xatirələrini bölüşdü:

“Əsgər Məmmədoğlu ilə biz teatra və filmə çəkilmədən öncə xalq teatrında xalq artisti Lütfi Məmmədbəyovun dərnəyinə gedirdik. Sonra isə müəyyən vaxtlarda instituta daxil olduq və teatrda işləməyə başladıq. Əsgər teatra məndən sonra gəlib. Onun teatra böyük həvəsi var idi və bunu bacarırdı. Obrazlı rolları yaxşı yaradırdı. Bunun nəticəsi idi ki, həm kinoda, həm də teatrda yadda qalan rollar yaradıb. Onunla bir çox filmlərdə çəkilmişik. Televiziya tamaşalarında onun çox maraqlı rolları olub. Rolu özünküləşdirən, özünəməxsus bir aktyor idi, yəni onun təkrarı yox idi”. 

Xatırladaq ki, Əsgər Məmmədoğlu 2015-ci il dekabrın 21-də dünyasını dəyişib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Paylaş: