Xoşqədəmin xoş bəxti
Tarix: 2-06-2017, 11:18



Bu gün diqqəti cəlb edən verilişlərdən biri də Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Axtarıram səni” verlişidir. Ümumiyyətlə Xoşqədəm Hidayətqızı televiziya jurnalistikasında özünü doğruldan və qısa müddət də öz sistemini yaradan aparıcı oldu. Amma iş olan yerdə nöqsan olduğu üçün, artıq peşəkar gücüylə cəmiyyətə təsir edə bilən sevimli aparıcımızın qüsurlarını da qeyd etmək lazımdır.
Rejisorsuz tamaşa
Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişlər də gərginliyin həddən artıq çox olması kifayət qədər ciddi problemdir. Düzdür, bu hal tamaşaçı kütləsini artırır. Amma reallıq hissləri itir və bu format uzağı bir ildən sonra tamaşaçını tam yoracaq və nəticə uğursuz olacaq. Çünki, aqressiya nə qədər artırsa teatrllıq o qədər güclənir. Rejisorsuz tamaşa isə sonda iflasa uğrayacaq. Bu gün isə Xoşqədəm Hidayətqızı öz gücü ilə bu problemin yaranmasının qarşısını ala bilir. Yəni, yalnız öz peşəkarlığı hesabına verilişlərin reytinqini saxlaya bilir.
Ekspertlərin hegemonluğu
Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişlər də tamaşaçıda qıcıq yaradan məqamlardan biri də ekspertlərin özlərini xüsusi statusda hiss etməsidir. Bəzən elə məqamlar yaranır ki, ekspertlər veriliş iştirakçılarını açıq şəkil də təhqir etməklə yanaşı, həm də aparıcıya belə tabe olmaq istəmirlər. Bunun nəticəsin də aparıcıda aqressivləşir və verilişdən müsbət enerji almaq mümkünsüzləşir. Halbu ki, həmən ərəfə də uğurlu nəticələr belə əldə olunur. Buna görə bizim düşüncəmizlə , Xoşqədəm Hidayətqızı çığıran yox, danışan ekspertlərə üstünlük verməlidir.
Sonanın uşaqları
Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişlərdə növbəti problem bir verilişdə 5-6 mövzuya eyni vaxtda müraciət etməsidir. Bu sözsüz ki, tamaşaçını qıcıqlandırır və verilişin strukturunda tam bir xaos yaranır. Yəqin ki, bunun da alternativ variantını aparıcı tapmalıdır. Ümumilikdə götürən də yalnız bunu demək mümkündür ki, Xoşqədəm Hidayətqızı bu gün öz intellektini xərcləməklə məşğuldur. Bu isə aparıcı üçün sadəcə təhlükədir.
10may.az saytının araşdırma qrupu

Paylaş: