Sergey “Eurovision”da Kirkorovun mahnısını oxuyacaq
Tarix: 8-02-2019, 10:06

Sergey âEurovisionâda Kirkorovun mahnısını oxuyacaq



Rusiyanın məşhur müğənnisi Sergey Lazarev “Eurovision” mahnı müsabiqəsində xalq artisti Filipp Kirkorovun mahnısını oxuyacaq. 
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Россия 1” kanalında yayımlanan “Доброе утро” verilişində qonaq olarkən deyib.
35 yaşlı ifaçı proqramda ikinci dəfə layihədə iştirak etdiyi üçün daha məsuliyyətli olduğunu, ifa edəcəyi mahnının hazır olduğunu qeyd edib. 
Sergey bildirib ki, mahnını yunan bəstəkarlar ərsəyə gətirib, sözlərini isə F. Kirkorov yazıb.

Paylaş: