“Mən çıxandan sonra şir olmusan” - İki məşhurun qalmaqalı
Tarix: 2-06-2017, 10:34


“Qarşıdurma” devizi ilə yayımlanan “Maşın” şouda yeni bir qalmaqal meydana gəlib.
“Qafqazinfo” xəbər verir ki, yarışmada qruplaşma rəhbəri kimi təqdim olunan Səidə Sultanla maşından əlini çəkərək proqramdan ayrılan Tarix Əliyev (Tolik) arasında gərgin anlar yaşanıb. Belə ki, Səidə ötən gün efirdə Tolikin ondan qorxudunu deyib:

“Mən tamaşaçı səsverməsinə çıxıb Toliki uzaqlaşdırmalı idim. Tolik də başa düşdü ki, mən ora çıxacam. Ona görə də, məcbur olub maşından əlini çəkdi. O, mübarizə apara bilmədi, qorxdu. Tolik elə deyib çıxacaq da, əsəbilərə dözməyib gedib. Kameralara oynayan o qədər adam var ki... Bir qrupun başçısı ki, Tolikdir. O qrupun vay halına”.

Prodüser isə Səidəyə instaqram vasitəsiylə cavab verib. T. Əliyev müğənnini özünə heç vaxt rəqib görmədiyini bildirib:
“Canlı efirdə şirə dönən müğənniciklər, mən danışanda dilləri qarnında idi. O vaxt söz demirdilər, ancaq dalımca danışmağı bacarırlar. Üç gün içərisində bəzilərinin üzünü gördüm. Səidə, sən bəlkə də, mənə axırıncı rəqibsən. Sən hələm özünü xalqa tanıt. Sənə “Maşın”da dedim ki, qarşımda Nəsib var (bacısının həyat yoldaşı, teleaparıcı Nəsib Nur), ona hörmət edirəm. Şou 17 gün sonra qurtarır, amma mən qalacam. Mən çıxandan sonra şir olmusan”. 

Xatırladaq ki, ötən gün realiti şoudan musiqiçi Cavad Rəcəbov gedib. Mübarizəni Pərvin Abıyeva, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, Təranə Qumral, Nadir Qafarzadə, Səidə Sultan, Aqil M.Quliyev, Kənan Mahmudov, Azər Zahid, Vüqar Vüqarlı, Oksana Rəsulova davam etdirir.

Paylaş: