"Bəlkə mənim qohumlarım da Şəbnəmə, Damlaya qulaq asır"
Tarix: 6-02-2019, 10:21



Əməkdar artist Röya Ayxan Murad Arifin "Popumuz var" verilişində həmkarları Şəbnəm Tovuzlu və Damla haqda danışıb.
Open.az xəbər verir ki, Röya həmkarlarının "Youtube"da topladığı baxış saylarının önəmli olmadığını dilə gətirib.
O, Şəbnəmlə Damlanın mahnıları haqda belə açıqlama verib: "Mənim üçün baxış sayı önəmli deyil. Heç özüm də bunlara nəzarət etmirəm. Əsas sənətdir. Dostlarımızın baxış sayları milyonlarla ola bilər. O da bizimkidir, qadındır. Ona görə mahnılarını müzakirə etmirəm. Bəlkə də mənim qohumlarım da onları dinləyir".

Paylaş: