“Bir həftə sonra yubileyimi rəsmi şəkildə qeyd edəcəyik...”
Tarix: 5-02-2019, 09:18



Dünən Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının altmış illik yubileyi idi. 

Ş.Əlizamanlı Moderator.az-a açıqlamasında doğum günü ilə bağlı öz xoş təəssüratlarını bölüşüb:

“Təbrikiniz üçün çox sağ olun. Bu gün altmış illik yubileyimi sadəcə öz ailəmlə keçirəcəm. Amma dostlarla düşünürük ki, bir həftə sonra bunu rəsmi şəkildə qeyd edək. Diqqətiniz üçün yenə də minnəttdaram, kollektivinizə salam söyləyin”.

Xatırladaq ki, Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.

Şəmistan Əlizamanlı bir çox tanınmış vətənpərvərlik mahnılarını “Əsgər marşı”, “And içirik”, “Çağırır vətən”, “Qalx, Azərbaycan”, “İgid əsgər”, “Vətən əmanəti”, “Öncə vətəndir”, “Can Azərbaycan”, “Birinci batalyon”, “Cənab Leytenant”, “And içirəm”, “İgid oğlum, leytenantım”, “Sıravi Əhməd”, “Çırpınırdı qara dəniz”, “Dağlar”, “Azərbaycan-Türkiyə”, “Ana yurdum”, “Tanrı türkə yar olsun”, “Heyran türkün bayrağına”, “Qafqaz dağı, yol ver bizə” və sair ifa edir. 

Paylaş: