Şəbnəmin müəllimi efirə gəldi, ona qaval hədiyyə etdi: Tələbəm muğamı da, estradanı da gözəl oxuyur
Tarix: 4-02-2019, 16:40



Müğənni Şəbnəm Tovuzlu ATV-də yayımlanan "Bir axşam" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, verilişdə ifaçı xanım sürprizlə qarşılaşıb. Onun müəllimi, Azərbaycan Konservatoriyasının baş müəllimi, Respublikanın Əməkdar müəllimi Qəzənfər Abbasov Şəbnəmlə görüşə gəlib. O bildirib ki, tələbəsi Şəbnəm ilə 4 ildir ki görüşməsə də zəngləşir. Q.Abbasov Ş.Tovuzluya qaval da hədiyyə edib:

"Şəbnəm çox istedadlı tələbəm olub. Dərslərə ciddi hazırlaşırdı, tapşırıqlarımı yerinə yetirirdi. Elə bunun nəticəsidir ki, Şəbnəm xanım artıq bu gün sevilən sənətçidir. O, həm muğam oxumağı, həm də estradanı, xalq mahnılarını gözəl məharətlə ifa edir. Heç vaxt canlı ifa oxumaqdan çəkinməyib". 

VİDEO BURADA​​​

Paylaş: