“Gələn yaşımı moskvalılar və bakılılarla keçirəcəm” - 74 yaşlı Bülbüloğlu
Tarix: 4-02-2019, 15:10

âGÉlÉn yaÅımı moskvalılar vÉ bakılılarla keçirÉcÉmâ

“75 yaşımı moskvalılar və bakılıların əhatəsində keçirməyi planlaşdırıram”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün 74 yaşını qeyd edən Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlu “Veçernyaya Moskva”ya açıqlamasında bildirib.
Səfir həyatında çox iş və hadisələr olduğundan yaradıcılığa zaman ayıra bilmədiyini söyləyib: “Hazırda Bakıdayam. Bura Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkinin səfəri gözlənilir. 
Gələn il 75 yaşım tamam olacaq. Ona görə də indi moskvalılar və bakılılarla görüşmək və ildönümümü onlarla birlikdə qeyd etmək barədə düşünürəm. Bu, konsert və ya televiziya verilişi ola bilər. Hələ dəqiqləşməyib.
Onu da qeyd edim ki, mənim Azərbaycan və Rusiyada çoxlu dostlarım var. Onlarla münasibətimizi qoruyub saxlamalıyıq. Bir sözlə, həyat sürətlə inkişaf edir”.

Paylaş: